"İşğaldan azad edilmiş ərazilərin flora və faunası, dini ibadətgahları, mədəni abidələri və tanınmış şəxsiyyətləri" mövzusunda "Təşkilat saatı"

Məktəbin biologiya müəllimi Əliyeva Firuzə rəhbərlik etdiyi 7"Ç" sinfində "İşğaldan azad edilmiş ərazilərin flora və faunası, dini ibadətgahları, mədəni abidələri və tanınmış şəxsiyyətləri" mövzusunda "Təşkilat saatı" keçirdi. Tədbiri giriş sözü ilə açan sinif rəhbəri 44 gün davam edən Vətən müharibəsi və qazanılan zəfərimiz haqqında geniş məlumat verdi. Şagirdlər bu regionun tarixi abidələri, erməni vandalizmi nəticəsində bu abidələrin bu günkü vəziyyəti, onların bərpası və qorunması istiqamətində görüləcək tədbirlərdən danışdılar. Qarabağın tanınmış şəxsiyyətlərinin həyat və yaradlcılığına toxundular. Onlar qeyd etdilər ki, Vətən müharibəsi qaziləri ilə qürur duyuruq, şəhidlərimizi isə heç vaxt unutmayacağıq. Sonda sinif rəhbəri bildirdi ki, qələbə qazanmağımızın ən əsas səbəblərindən biri xalqın Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşməsi idi.
Yaşasın Azərbaycan!