Başını dik tut, Şəhid qızı!

     Torpaq, - uğrunda ölən varsa, Vətəndir!

Neçə-neçə qəhrəmanlarımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.

   Təhsil Nazirliyinin məktəblərdə ən nümunəvi siniflərə Vətən uğrunda canından keçmiş şəhidlərin adının verilməsi haqqında göstərişinə əsasən  öz təqdimat və layihələri ilə fərqlənən Günel Rüstəmovanın rəhbərlik etdiyi 2"F" sinfi bu şərəfli ada layiq görüldü. Həmin sinfə məktəb rəhbərliyi tərəfindən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş gizir Mirzə Axundovun adı verildi. Təqdimata dövlət himnimizlə başlayan şagirdlərimiz vətənpərvərliklə bağlı şeirlər səsləndirdilər. Uşaqlar çıxışlarında sinfimizə məhz yoldaşımız Zərifənin atasının adının verilməsi ilə qürur duyduqlarını, bu şərəfli adı layiqincə qoruyub saxlayacaqlarını bildirdilər. Öz nümunəvi rəftarı, nizam-intizamı, xüsusən də təhsilləri ilə örnək olacaqlarına söz verdilər. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Arzu Əliyeva və Bəsti Nəsibova xoş fikirlər söyləyərək şagirdlərə uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi