"Milli Iqtisadiyyatın qorunmasına yönəlmiş güclü Mülki Müdafiə " mövzusunda tədbir

    Suraxanı rayonu İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2021-ci il üçün Mülki Müdafiə Tədbirlər planına əsasən 1 mart 2021-ci il tarixində "Milli Iqtisadiyyatın qorunmasına yönəlmiş güclü Mülki Müdafiə " mövzusunda teams platforması üzərindən tədbir keçirildi. İlk olaraq  məktəbin Hərbi rəhbəri Köçəri Verdiyev Mülki Müdafiənin məqsəd və vəzifələri haqqında məlumat verdi. Mülki Müdafiənin fəaliyyəti barədə videoçarx, təbii və texnogen hadisələr zamanı əhalinin davranış qaydaları haqqında slayd göstərildi.Tədbirin sonunda məktəbin direktoru Dadaş Əliyev baş verə biləcək təbii və texnogen hadisələr zamanı şagird və müəllimlərin davranışı haqqında eyni zamanda məktəbin təxliyyə planı haqqında geniş məlumat verdi. 44 günlük Vətən müharibəsi zamanı mülki insanlara qarşı qadağan olunmuş silahların istifadəsi və onların fəsadlarına da çıxışında ətraflı  toxundu. Ölkə başçısının tapşırığına əsasən Mülki Müdafiə qoşunlarının  zərərçəkənlərə vaxtında yardım etməsi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi