”44 günlük zəfər yürüşü” adlı şeir müsabiqəsi

    27.02.2021-ci il tarixində məktəbin 1"Ç" və 4"Ə" sinfinin sinif rəhbərləri Cəmilə Rəfiyeva və Nailə Rəhimovanın rəhbərliyi ilə ”44 günlük zəfər yürüşü” adlı şeir müsabiqəsi təşkil olunmuşdur. Müsabiqə şagirdlərin Azərbaycan Respublikasının Dövlət Himninə həsr etdiyi videoçarxla başladı. Daha sonra məktəbin direktoru Dadaş Əliyev 44 günlük zəfər yürüşünün qələbəsindən, Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən danışdı. Şagirdlər müsabiqədə vətənpərvərliyə, şəhidlərə, zəfər gününə və qələbəyə həsr olunmuş şeirlər dedilər. Həmçinin, Qarabağın məşhur simalarına, şəhidlərə aid divar qəzetinin videoçarxı və rəqs nümunələri göstərildi. Sonda Azərbaycan dili və Ədəbiyyat müəllimi Xalidə Hüseynova qalibləri diplomlarla təltif etdi. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova və tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva çıxış edərək uşaqlara uğurlar arzuladılar. Bildirdilər ki, yaxın gələcəkdə Şuşamızda belə gözəl şeir müsabiqəsində iştirak etsinlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi