Xocalı faciəsini dərin hüznlə anırıq

Fevralın 26-da "Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı"na əsasən 5"E" sinif rəhbəri Həsənova Validə Xocalı faciəsinin anılması məqsədilə Təşkilat saatı keçirdi.
Sinif rəhbəri dərs zamanı Xocalı faciəsinin baş verməsinin təfərrüatlarından ətraflı şəkildə videoçarxla şagirdlərə məlumat verdi. Xocalı soyqırımın bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğu və bu hadisənin heç vaxt yaddaşlarımızdan silinməyəcəyi şagirdlərin nəzərinə çatdırılıb.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Vətənpərvər şagirdlər faciəni təsvir etdikləri rəsmləri nümayiş etdirib və həmçinin ürək yanğısı ilə faciəyə aid şeirlər səsləndiriblər.
Və sonda 44 günlük Vətən müharibəsi dövründə düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qisasının alındığı sübuta yetirilib.