"Xocalı faciəsini unutmayaq" adlı Təşkilat saatı

    Fevralın 26-da məktəbin riyaziyyat müəllimi Babayeva Məhsəti rəhbərlik etdiyi 7"G" sinfində "Xocalı faciəsini unutmayaq" adlı Təşkilat saatı keçirdi. İlk öncə faciə haqqında şagirdlərə məlumat verildi, həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Qeyd olundu ki, 44 gün davam edən döyüşlərdə müzəffər ordumuz düşmənə öz yerini göstərdi. Şagirdlər hazırladıqları təqdimatları və şeirləri səsləndirdilər. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva da iştirak etdi. O, şagirdlərə bildirdi ki, biz düşmənimizi tanımalı və bu faciəni yaddan çıxarmamalıyıq. O, şagirdlərə çıxışlarına görə təşəkkür etdi. Sonda Aytac Sadıqovanın hazırladığı videotəqdimat nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi