Məktəbimizin - 11A sinfinin uğuru

28.08.2019-cu il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərliyi altında yüksək balla ali məktəblərə daxil olan məzunlarla görüş keçirildi. Məktəbimizi öz uğurlu nəticəsi ilə sevindirən Məmmədova Billur müəllimənin rəhbərlik etdiyi 11 A sinfi təmsil edirdi.Bu sinfin 16 sagirdi ali məktəblərə,3 sagirdi kolleclərə,2 şagirdi isə peşə məktəblərinə daxil olmuşdur.Tədbirdən sonra Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı möhtərəm İlqar müəllim uşaqları təbrik etmiş və tədbirə dəvət edilmis qonaqların iştirakı ilə uşaqlarla xatirə şəkli çəkdirmişdir,daxil olduqları ixtisaslarla maraqlanaraq hər birinə uğurlar diləmiş,universitetləri bitirdikdən sonra SRİH-ti ilə əməkdaşlıq etmələrini tövsiyə etmişdir.Müəllimə isə gələcək pedaqoji fəaliyyətində beləcə siniflər yetişdirəcəyi yönümündə uğurlar diləmişdir. Bu qayğı uşaqları hədsiz  sevindirmişdir.
Şagirdlərimizə tədbir zamanı təqdim edilmiş qızılgüllər kimi hər zaman təravətli və sevinc dolu günlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi