Konstitusiya Günü

   12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Belə əlamətdar günü qeyd etmək, günün özəlliyini şagirdlərə çatdırmaq məqsədilə məktəbimizdə tədbir keçirilib. 8 "B" sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir tarix dərsini tədris edən Həqiqət Abdullayevanın təşəbbüsü ilə baş tutub. Tədbirdə qeyd olunub ki, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 24 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. Bu və bu kimi informasiyalarla çıxış edən şagirdlər Konstitusiya Gününün yaddaqalan keçməsinə nail ola biliblər. Tədbir rəhbərlik tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi