"Şahin" oyunları

Aprelin 7-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin, Suraxanı rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərindən ibarət 35 komanda ilə "Şahin" hərbi-idman oyunu üzrə Suraxanı rayon birinciliyi keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra məktəblilər hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçiblər.

#Suraxanı #Şahin #hərbiidmanoyunu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi