12 nəfər şagirdimiz sertifikatla təltif olundu

  Hər il ənənəvi şəkildə AR Elm və Təhsil Nazirliyinin dəstəyi ilə RF-in “Rossotrudniçestvo” Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizdə ümumtəhsil müəssisələrinin şagirdləri arasında rus dilində olimpiada təşkil olunur. Cari ildən keçirilən olimpiada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 209 illiyi, Azərbaycan dramaturqu və şairi Mirzə Fətəli Axundovun anadan olmasının 211 illiyinə həsr olundu.

  Bildiyiniz kimi, artıq olimpiadanın birinci turu yekunlaşıb. Olimpiadanın ikinci turu çərçivəsində birinci turun qaliblərinə seçim üçün bir neçə esse mövzusu təqdim olundu və onlar 74 nömrəli tam orta məktəbdə toplaşaraq seçdikləri mövzu üzrə esse yazıb təşkilatçılara təqdim etdi.

  12 nəfər şagirdimiz sonda sertifikatla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi