"Aprel döyüşləri-qəhrəmanlıq tariximiz" adlı tədbir

  4 aprel 2023-cü il tarixində məktəbimizin akt zalında 2016-cı ilin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunmuş "Aprel döyüşləri-qəhrəmanlıq tariximiz" adlı tədbir keçirildi.

  Tədbirdə şəhid anaları, məktəbin pedaqoji kollektivi, 6"B", 6"F", 8"B", 8"C" sinif şagirdləri iştirak ediblər.

  Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycannın Dövlət Himni səsləndirilib. Aprel döyüşləri haqqında ümumi məlumat verilib. Şagirdlərin təqdimatında musiqi və şeir parçaları dinlənilib.

  Tədbirin sonunda çıxış edən məktəbin direktoru Südabə Abdullayeva bu kimi tədbirlərin şagirdlərin vətənpərvər ruhda tərbiyə almasının mühüm əhəmiyyətindən bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi