İmtahanqabağı həyəcanın dəf edilməsi

  Bu gün məktəbin IX-XI sinif şagirdləri ilə “ İmtahanqabağı həyəcanın dəf edilməsi “ mövzusunda növbəti görüş keçirildi. Görüşdə məktəbin direktoru Südabə Abdullayeva,təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Hadıyeva və psixoloq Raida Xidirova iştirak edirdi. Əvvəlvə Südabə müəllimə imtahanqabağı həyəcan və stresin götürülməsi, özünəinamın formalaşdırılması kimi mövzulara toxundu. Həmçinin hədəflərə çatmaq və yüksək nəticələr əldə etmək üçün motivasiyanın vacibliyini vurğuladı. Sonra Raida müəllim psixoprofilaktik söhbətlər apardı. İmtahanqabağı stresi dəf etmək üçün imtahan və onun nəticələri barədə neqativ fikirlərdən uzaq olmağı tövsiyə etdi. Psixoloq bildirdi ki, imtahan öncəsi axşam sakitləşdirici bir işlə məşğul olmaq faydalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi