"Dəyərlərimizi qoruyaq!" layihəsi 3 “Ç” ST sinfində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 tarixli F 123 əmri ilə"Dəyərlərimizi qoruyaq!" adlı layihəsinin keçirilməsi barədə Tədbirlər Planı təsdiq olunmuşdur. Layihənin məqsədi təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirmək və dəyərlərimizi qorumaqdır.
"Dəyərlərimizi qoruyaq!" adlı layihənin keçirilməsi barədə Tədbirlər planının 2.1 bəndinə uyğun olaraq 3 “Ç” ST sinif şagirdləri sinif rəhbəri İskəndərova Kəmalə müəllimin təşkilatçılığı ilə sinif təşkilat saatı keçirildi,ədəbi -bədii kompozisiyalar nümayiş olundu. Şagirdlər maraqlı çıxışlarla yadda qaldılar.