1 Mart Narkomaniya və Narkobizneslə mübarizə və 5 Mart Bədən tərbiyəsi gününə həsr olunmuş tədbir

  Məktəbimizdə 1 Mart Narkomaniya və Narkobizneslə mübarizə və 5 Mart Bədən tərbiyəsi gününə həsr olunmuş tədbir keçirildi. Tədbir öncəsi qonaqların iştirakı ilə ilk öncə məktəbimizin idman zalında güləşçilərimizin, badbintonçularımızın, şahmatçılarımızın və beynəlxalq müsabiqələrdə iştirak etmiş gimnast qızımız Xədicə Nağıyevanın çıxışları izlənildi.

Daha sonra qonaqlarımız akt zalında onlar üçün hazırlanmış bədii hissəni izlədilər.Tədbirin açılışı dövlət himni ilə başladı.Ardınca vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərimizin hazırladığı “Narkotikə yox deyək!” adlı tamaşa izlənildi. Şagirdlərin çıxışı qonaqlarımız tərəfindən rəğbətlə qarşılandı. Sonda söz məktəbəmizin direktoru Südabə Abullayeva verildi. Südabə müəllim dəvətimizi qəbul edib gələn qonaqlara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi