Lütfi Zadə adına məntiq olimpiadası

  3 fevral 2023-cü il tarixində məktəbimizdə Lütfi Zadə adına məntiq olimpiadası keçirildi.

  4 Fevral Lütfi Zadənin doğum günü ilə əlaqədar təşkil olunan olimpiadada 53, 104, 275 ,278 və 279 nömrəli məktəbdən ümumilikdə 87 nəfər şagird iştirak etdi.

  Lütfi Zadə adına məntiq olimpiadası V- VIII sinif şagirdləri arasında təşkil olundu. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi