Məktəblimiz ABŞ-ın Kopernik olimpiadasında qalib gəlib

 

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qəndab Məmmədova ABŞ-ın Kopernik olimpiadasında fizika-astronomiya fənləri üzrə qızıl medala layiq görülüb.

Qeyd edək ki, Q.Məmmədli 2022-ci ildə olimpiadanın Azərbaycanda təşkil olunan mərhələsində qalib gələrək ABŞ-da keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təhsilinin adını yüksəklərə qaldıran Q.Məmmədova fizika -astronomiya fənləri üzrə yerli və beynəlxalq səviyyəli bir çox olimpiadalarda uğurlu nəticələr əldə edib. O, 2 dəfə respublika fənn olimpiadalarında gümüş medala, 2022-ci ildə "Şuşa ilı"nə həsr olunmuş respublika olimpiadasında qızıl medala layiq görülüb.

Məktəblimizi təbrik edirik, bundan sonra daha da böyük nailiyyətlərə imza atacağına inanırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi