8-9-cu sinif şagirdlərinin iştirakı ilə seminar

  20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023-cü il tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2023-cü il F-03 əmrini əsas tutaraq hazırlanan məktəbin Tədbirlər Planına əsasən 8-9-cu sinif şagirdlərinin iştirakı ilə seminar təşkil edildi. "20 Yanvar" mövzusuna həsr olunmuş seminarda əvvəlcə şagirdlər vətənpərvərlik mövzusunda söhbətlər apardılar. 1991-ci il 20 yanvar tarixində ölkəmizin əmin-amanlığı uğrunda canlarından keçmiş şəhidlərimiz dərin hüzünlə yad edildi. Daha sonra şagirdlərin hazırladıqları təqdimatlar təqdim olundu. Dərin hüzün, məhəbbət və qürur hissi ilə başa çatan təşkilat saatı gənc nəslin vətənpərvər ruhunu qorumağa, tariximizi unutmamağa, mənfur düşmənlərimizə nifrət hissi aşılamağa xidmət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi