Direktoryanı müşavirə keçirildi

  Məktəbin direktoru Südabə Abdullayeva Böyük Summativ Qiymətləndirmənin təşkili, şagirdlərin davamiyyəti, 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı tədbirlər planından irəli gələn məsələləri diqqətə çatdırmaq məqsədilə direktoryanı müşavirə təşkil etdi. Müşavirə zamanı 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi barədə tədbirlər planı təsdiq olundu. Fəaliyyət Planına əsasən silsilə tədbirlərin keçirilməsi və istiqamətləri haqqında müzakirələr təşkil edildi. Milli Qəhrəmanlarımız, işğaldan azad edilmiş torpaqlarımız, Zəfər tariximiz, şanlı ordumuzun şücaəti, maddi-mənəvi sərvətlərimiz haqqında şagirdləri məlumatlandırmaq məqsədi ilə ədəbi-bədii gecə,"Dəyirmi masa", disput, diskussiya, toplantı və Şəhidlər Xiyabanının ziyarət edilməsi barədə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planı müzakirə olundu.Böyük Summativ Qiymətləndirmələrin üsul və formaları haqqında fikir mübadiləsi aparıldı. Yanvar ayının 17-i tarixindən etibarən təlim-tərbiyə işləri üzrə direktor müavininin rəhbərliyi ilə qiymətləndirilmənin aparılması müəyyənləşdirildi.

Dərslərdə davamlı iştirak etməyən şagirdlər barəsində görülən işlər haqqında məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi