"Bir olaq, həmrəy olaq!" adlı bayram tədbiri

  8 “B” sinif şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Bir olaq, həmrəy olaq!" adlı bayram tədbiri keçirildi. Tədbir musiqi müəllimi İradə Hüseyovanın təşəbbüsü ilə baş tutdu. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı haqqında şagirdlərin hazırladıqları təqdimatlar onların informasiya dairələrinin genişliyindən xəbər verdi. Qələbə qazanan  xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın şəninə söylənən şeir və mahnı nümunələri "Dəmir yumruq" altında birləşən Azərbaycanımızın qüdrətini bir daha vurğulamağa xidmət etdi. Maarifləndirici, əyləncəli və maraqlı "Yeni il" şənliyi şagirdlərin sevinc notları üzərində tamamlandı. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi