Ərazi partiya təşkilatının iclası

  Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Günəşli qəsəbəsi A/B yaşayış massivin Abbas Fətullayev küçəsində yerləşən ərazi partiya təşkilatının iclası keçirildi. ƏPT-nin sədri Abdullayeva Südabə çıxış edərək bildirdi ki, ƏPT-nin sədr müavini Kifayət Abdullayeva səhhəti ilə əlaqədar öz xahişi ilə bu vəzifədən azad olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Südabə Abdullayeva Kifayət Abdullayevanın ƏPT-nin sədr müavini seçildiyi gündən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini, eyni zamanda, YAP Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülən tapşırıq və tövsiyələrin həyata keçirilməsində xüsusi fəallıq göstərdiyini bildirmişdir. Son zamanlar səhhətində yaranmış problemlərlə əlaqədar olaraq ƏPT-də sıravi üzv kimi fəaliyyətini davam etdirməməsi xahişini nəzərə alan S.Abdullayeva ƏPT-nin sədr müavini tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyevanın namizədliyini irəli sürmüş və bu təklifə səsvermə ilə münasibət bildirilməsini xahiş etmişdir. İrəli sürülən təkliflə bağlı səsvermə keçirilmişdir. Lehinə: 40 nəfər, əleyhinə: yox, Bbitərəf: yox. Aygün Fərzəliyeva Çingiz qızı Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi Abbas Fətullayev küçəsində yerləşən ƏPT-nin sədr müavini seçilməsinə qərar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi