"Uğura gedən yol" adlı tədbir

  Eynulla Ağayev adına 198 N-li  məktəbdə "Uğura gedən" yol adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhər 279, 108, 113, 123, 155, 265 nömrəli tam orta məktəblərin direktorları, 279 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva, psixoloq  Aynurə Babayeva iştirak etdilər.

Tədbir zamanı məktəbimizin direktoru Südabə Abdullayeva məktəbi  uğura aparmağın yolları, şagird və müəllimlərin peşəkar inkişafı üçün səmərəli üsullar, olimpiada qalibləri, müsabiqələrdə uğur qazanmaq haqqında geniş məlumat verdi.

  113, 123, 155, 265, 198 nömrəli məktəbin direktorları da çıxış edərək öz pedaqoji təcrübələrini həmkarları ilə bölüşdülər.

279 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva "Ən yaxşı məktəb saytı" nominasiyası üzrə qalib olmaq üçün tələb olunan meyarlar, psixoloq Aynurə Babayeva isə "Məktəbdə psixoloji işin təşkili - valideyn, şagird, müəllim münasibətiləri" haqqında məlumat verdilər.

Sonda kollektivi maraqlandıran suallar ətrafında diskussiya aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi