Zəfər Günü qeyd edildi

   Bakı şəhəri 279 nömrəli tam orta məktəbdə II Qarabağ müharibəsində şəhid olmuş Suraxanı rayonunun şəhidlərinin xatirəsini əbədiləşdirmək, gələcək nəsli hərbi vətənpərvər ruhda tərbiyə etmək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin adını daim yüksək tutmaq və ehtiramla yad etmək məqsədilə siniflərə şəhidlərin adları verilmişdir. Sinif otaqlarının qarşısında şəhidlərin şəkilləri asılmış və siniflərdə onlara həsr olunmuş guşələr yaradılmışdır. Şagirdlər şəhidlərimizin doğum və anım günlərində onların məzarlarını ziyarət edir, ailələri ilə görüşlər təşkil edirlər.

  03.11.2022-ci il tarixində məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə adları siniflərə verilmiş şəhidlərin ailələri iştirak etdilər. Şəhid Mehdi Fərzullazadənin adını daşıyan 10 ”A” sinfi, şəhid baş leytenant Muxtar Qasımlının adını daşıyan 4 “B” sinfi, şəhid Elsevər Yarıyevin adını daşıyan  3 ”C” sinfi, şəhid Səbuhi Orucovun adını daşıyan 1 "A" sinfi, şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun adını daşıyan 1 "B" sinfi və digər siniflərin şagirdləri şəhid valideynlərini məhəbbət və minnətdarlıqla qarşıladılar. Şagirdlər ifa etdikləri şeir və mahnılarla şəhidlərimizə olan ehtiram hissini ifadə etdilər. Adları siniflərə verilmiş şəhidlərin valideynləri övladlarının xatirəsini əbədiləşdirdikləri üçün məktəb rəhbərliyinə, sinif rəhbərlərinə və şagirdlərə öz minnətdarlıqlarını bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi