Şəhid anaları ilə görüş keçirildi

  Məktəbdə vətənpərvərlik mövzusuna çox həssas yanaşılır - dəhlizlərdə Zəfər guşəsi, Şuşa guşəsi və Laçın guşələri yaradılmışdır. II Qarabağ müharibəsində şəhid olmuş Suraxanı rayonunun şəhidlərinin xatirəsini əbədiləşdirmək, gələcək nəsli hərbi vətənpərvər ruhda böyütmək, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin adını daim yüksək tutmaq və ehtiramla yad etmək məqsədilə siniflərə şəhidlərin adları verilmişdir. Sinif otaqlarının qarşısında şəhidlərin şəkilləri asılmış, siniflərdə onlara həsr olunmuş guşələr yaradılmışdır.

  03.11.2022-ci il tarixində məktəbdə "Zəfər bayramı" keçirildi. Bütün adları siniflərə verilmiş şəhid ailələri məktəbə dəvət olundular. Tədbirdə iştirak edən rayon rəhbərliyi, məktəb rəhbərliyi Vətənə oğul böyüdən dəyərli insanları böyük məhəbbət və minnətdarlıq hissi ilə qarşıladılar. Tədbirin sonundə şəhid övladlarına, analarına, xanımlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Suraxanı rayonu təşkilatı, məktəbimizin kollektivi tərəfindən müxtəlif hədiyyələr təqdim olundu. Bir sıra Vətən müharibəsi iştirakçıları Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi