"Məktəbli teatrı" layihəsi

279 nömrəli tam orta məktəb Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə  “Məktəbli teatrı” layihəsi ilə qalib gəlib. Layihənin məqsədi şagirdlərin özünü təqdimetmə bacarığının, nitq mədəniyyətinin, səhnə mədəniyyətinin inkişaf etdirilməsidir. Layihə çərçivəsində rayon üzrə digər məktəblərin də şagirdlərinin iştirakı ilə təlimlər keçirilir. Həmçinin şagirdlərin öz təşəbbüsü ilə mövzu seçib ssenari yazmaq, dövrün aktual məsələlərindən birini mövzu seçərək pyes yazıb, səhnələşdirərək bir neçə məktəbdə nümayiş etdirmək də layihənin məqsədlərinə daxildir. Layihə Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan və digər əməkdaşların iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər, təhsilalanlar arasında əməkdaşlıq və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi