"Məktəbə adaptasiya dövründə uşaq və valideynlər" mövzusunda görüş

20 oktyabr-20 noyabr tarixləri "Uşaq Hüquqları" aylığı elan edilib. Bu baxımdan məktəbdə psixoloqlar tərəfindən I sinif şagirdləri və onların valideynlər ilə görüş keçirilib. 

Görüşdə valideynlərə övladlarının məktəbə adaptasiya müddətində yarana biləcək çətinliklər və onların aradan qaldırılması yolları haqqında məsləhətlər verilib, valideynləri maraqlandıran suallar cavablandırılıb, mövzuya uyğun maarifləndirici videoçarxlar nümayiş olunub.

Görüş zamanı məktəbin psixoloqları I sinif şagirdləri ilə “Ev metodikası” testi keçiriblər.

Qeyd edək ki, məktəbdə şagirdlərin psixoloji vəziyyətini nəzarətdə saxlamaq və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müxtəlif tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. "Uşaq Hüquqları" aylığı çərçivəsində yuxarı sinif şagirdlərinin Uşaq Qaynar Xəttinin əməkdaşları ilə görüşü də təşkil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi