"Zəfər dastanı” adlı şeir müsabiqəsi keçirilib

  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi strateji planı və Vətən torpağının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, can sağlığını itirmiş qazilərimizin sayəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək əbədi Zəfər Günümüz oldu. Bu zəfərlə bütün dünyada qalib dövlət, qalib xalq kimi tanındıq. Bu vətənpərvərlik ənənəsini davam etdirən şagirdlərimiz müxtəlif müsabiqələrdə iştirak edərək məktəbimizin adını uğurla təmsil edirlər. Belə ki, bir qrup şagirdimiz  27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə əlaqədar  Suraxanı rayonu Gənclər və İdman  Evinin təşkil etdiyi “Zəfər dastanı ” adlı şeir müsabiqəsində iştirak etdilər, müxtəlif yerlərə layiq görülərək diplomlarla  mükafatlandırıldılar. Şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xüsusi istedada malik olan uşaqların üzə çıxarılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi