Şəhidin anım mərasimi

  Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən baş leytenant Həmidov Mixail Hamlet oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür. Baş leytenant Mixail Həmidovun adını daşıyan 1 "B" sinif şagirdləri şəhidin ailəsi ilə görüşüblər və birlikdə onun məzarını ziyarət ediblər. Suraxanı rayonu rəhbərliyi tərəfindən təşkil olunmuş tədbirdə Mixail Həmidov adına 1 "B" sinif şagirdləri sinif müəllimi  Mətanət Bayramovanın rəhbərliyi ilə iştirak etmiş, şəhidin qəhrəmanlığı haqqında şeirlər söyləmişlər, məzarı üstünə əklil və güllər qoymuşlar. Məqsəd şagirdlərin hərbi vətənpərvər ruhunda tərbiyə edilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi