"Yol hərəkəti qaydaları" ilə bağlı yarış keçirilib

  Məktəbimizdə 2 nömrəli Respublika Uşaq Yaradıcılıq Mərkəzi və Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının təşkilatçılığı ilə "Yol hərəkəti qaydaları" mövzusunda yarış keçirildi. "Uşaq aylığı" çərçivəsində təşkil edilən bu yarışda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın və məktəbimizin V sinif şagirdləri iştirak etdilər. Yarışda I yeri 279 nömrəli məktəbin şagirdləri, II və III yerləri isə gimnaziyanın şagirdləri tutdular. 

  Yarışın keçirilməsində məqsəd şagirdlərin təhlükəsizliyinin, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etmək, məktəblilərin yol hərəkət qaydaları ilə bağlı biliklərini artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi