"Öyrən, qalib ol!" adlı sosial media marafonu

  Elm və Təhsil Nazirliyi "Öyrən, qalib ol!" adlı sosial media marafonuna start verir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbəyə həsr olunan marafonda 5-11-ci sinif şagirdləri iştirak edirlər. Məktəbimizin bir qrup şagirdi də həmin marafona qoşularaq öz məktəblərini təmsil edirdlər. Onlardan biri olan Məmmədova Qəndab  Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna vəsiqə qazanmış, həm də Suşa ilinə həsr olunmuş məktəblilər arası keçirilən  Respublika Olimpiadasında astronomiya üzrə 1-ci yerə layiq görülmüşdür. Rəhim Rəhimli Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak edərək  qızıl medal qazanmışdır. Şagirdimiz Məmmədov Səid isə "Rekord" Kross qaçışı üzrə Bakı şəhər çempionatında 1-ci yerə layiq görülmüşdür.  Mustafayev Heydər "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol məktəbinin təşkilatçılığı ilə keçirilən yarışda 1-ci yeri tutduğuna görə təltif edilmişdir. Həsənbala Rzayev Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş Bull fight, MMA, Azərbaycan birinciliyi yarışında 2-ci yeri tutub Gümüş medala sahib olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi