"Qarabağın incisi-Şuşa" adlı inşa-yazı müsabiqəsi

  Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmri ilə təsdiq edilmiş "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində məktəbdə müxtəlif tədbirlər keçirilir. Tədbirlər planına əsasən IX sinif şagirdləri arasında "Şuşa ili" ilə əlaqədar "Qarabağın incisi-Şuşa" adlı inşa-yazı müsabiqəsi təşkil olundu.Şagirdlərin vətən sevgisi, qələbə ruhlu  yazıları müəllimlərdə qürur hissi yaratdı.Qalib gəlmiş şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi