Bakı Expo Mərkəzinə ekskursiya

   Məktəbimizdə "Kitab mənim dostumdur" layihəsi həyata keçirilir, mütaliə vərdişlərini formalaşdırmaq məqsədilə mütamadi olaraq hər ayın sonunda oxunulmuş bədii ədəbiyyatın müzakirəsi təşkil olunur. Hər yaş qrupundan olan şagirdlər kitabxanadan bədii ədəbiyyət götürür, bu müzakirələrə cəlb olunurlar. Onlar ay ərzində oxuduqları kitabların müzakirəsini aparır və personajların onların dünyagörüşünə olan təsirini vurğulayırlar. Müasir dövrün yazıçıları ilə ötən dövrümüzün yazıçılarının  romanlarını müqayisəli şəkildə təhlil edirlər, mə bu əsəri belə yazardım- deyə fikir yürüdürlər.

  Layihəmizə təkan olaraq bir qrup müəllim və şagird heyəti Bakı Expo Mərkəzində kitab sərgisində iştirak etdilər. Gözəl tərtibatda hazırlanmış yerli və xarici ədəbiyyat nümunələri ilə tanış olan şagirdlər üçün bu kimi ekskursiyaların əhəmiyyəti vacibdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi