İnteraktiv konsert-görüş

  Bu gün Cadenza orkestri Bakı şəhəri Suraxanı rayonu 279 saylı tam orta məktəbdə interaktiv konsert-görüş təşkil edib. Görüş zamanı şagirdlərlə musiqi barədə maraqlı disskusiya aparılmış, məktəbli dostlarımıza musiqi alətləri haqqında qısa məlumat verərək,  onlarla ilk dəfə tanış olan şagirdlərdə musiqi  ifaçılığı barədə ilkin təəssüratlarını formalaşdırmışdır.
 Tədbir zamanı ifa olunan əsərlər balaca dostlar tərəfindən böyük maraq və xoş həyəcanla qarşılandı.
Qeyd edək ki, Azərbaycan musiqisi və ictimaiyyətinə  xidmət etməyi özü üçün məqsəd qoyan Cadenza orkestri ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər, təhsil müəssisələrində  təhsilin bütün pillələrinə uyğun tədbirlər təşkil etməyi nəzərdə tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi