"7-dən 17-yə vətənpərvər!" layihəsi
Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022-ci il tarixli F-300 nömrəli əmri ilə təsdiq edilmiş "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində məktəbdə müxtəlif tədbirlər keçirilir. Tədbirlər planına əsasən 27 Sentyabr - Anım Günü ilə əlaqədar açıq dərslər təşkil olundu.