Məzunlarla görüş

       Suraxanı Rayon İcra Hakimiyyətində 2021/2022-ci tədris ilinin məzunları ilə görüş keçirilib. Suraxanı rayonu üzrə tam orta məktəbi bitirmiş 2432 məzundan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmiş 1318 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Onlardan 57 nəfəri 600-dən yuxarı bal toplayaraq müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanmışdır.

279 № li tam orta məktəbin 11-ci sinif şagirdi İslam Məlikov 600-dən çox bal toplayaraq ali məktəbə daxil olmuşdur. 10-cu sinif şagirdi Qəndab Məmmədova “Şuşa İli”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanmışdır. Sözügedən məktəbin idman sahəsində də şagirdləri böyük nailiyyətlər əldə edərək təhsil müəssisəsinə 2 qızıl, 8 gümüş, 4 bürünc medal qazandırmışlar. Ən nəhayət, məktəb təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində də qalib olub.

     Görüşdə Milli Məclisin deputatı Etibar Əliyev, Suraxanı rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Suraxanı Rayon Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Rasim Kazımov, 316 №-li tam orta məktəbin direktoru Gülnarə Əkbərova, E.Qaranzadə adına 270 №-li tam orta məktəbin direktor əvəzi Kəmalə Məmmədova, Hövsan Ağsaqqallar Şurasının sədr müavini Əhliman Muxtarov çıxış edərək məzunları təbrik etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi