Pedaqoji şura

  Yeni tədris ilinin ilk pedaqoji şurası keçirildi. Bütün şura üzvlərinin iştirak etdiyi yığıncaqda "2021-2022-ci dərs ilinin yekunları- IX, XI siniflərin buraxılış nəticələri, ali məktəb, kollec və peşə məktəblərinə qəbul nisbəti, IV siniflərin monitorinq nəticələri təhlil olundu. Daha sonra isə "Yeni dərs ilində qarşıda duran əsas hədəflər haqqında", "Metodiki şura və fənn metodbirləşmələrinin təşkili haqqında, "2022-2023-cü tədris ilində müəllimlər arasında dərs saatlarının və məktəb rəhbərləri arasında vəzifə bölgülərinin təsdiqi barədə", növbətçi müəllimlərin vəzifəsi, sinif rəhlərinin fəaliyyət planlarının təsdiqi, "Bilik günü"nə hazırlıq işlərinin vəziyyəti məktəbin direktoru S. Abdullayeva, direktor müavinləri T. Hadıyeva, Q. Qasımova,  A. Fərzəliyevanın təqdim etdikləri məruzə, məlumatlar geniş müzakirə olundu və müvafiq qərarlar qəbul edildi. Məktəbdə yeni fəaliyyətə başlamış müəllimlər kollektivə təqdim olundu.

      Pedaqoji Şurada həmçinin "Yeni dərs ili üçün məktəbin fəaliyyət planı" və "2022-2023-ci il üçün məktəbin Tərbiyə Proqramı"nın layihələri müzakirə olunaraq təsdiq edildi. Yeni dərs ili üçün pedaqoji şuranın katibi seçildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi