"Ailəm və Məktəbim" layihəsi

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən "Ailəm və Məktəbim" layihəsi çərçivəsində məktəb psixoloqu Raida Xidirovanın 5-ci sinif şagirdlərinin valideynləri ilə görüşü keçirildi. Layihəni keçirməkdə məqsəd ailə, məktəb münasibətlərinin səmərəli təşkili, sağlam pedaqoji, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasını təmin etməkdir. Görüş zamanı uşaqların müxtəlif yaş mərhələlərində psixoloji-emosional vəziyyətindən, valideynlərin övladlarına düzgün münasibətindən, fərdi yanaşmadan, müəllim-valideyn-şagird münasibətlərinin səmərəli təşkilindən söhbət açıldı. Görüş qarşılıqlı söhbət, fikir mübadiləsi formasında aparıldı.

Məqsəd valideynləri düzgün tərbiyə üsulları ilə maarifləndirmək və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısını almaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi