10-cu sinif şagirdlərinin valideynləri ilə görüş

  Məktəbin akt zalında 10-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşün əsas mövzusu şagirdlərin dərsə davamiyyəti məsələsi idi. Həmçinin şagirdlərin dərslərə hazırlığı, təlim nailiyyətlərinin səviyyəsi də ətraflı müzakirə edildi. Valideynlərlə geniş fikir mübadiləsi göstərdi ki, yalnız məktəb-valideyn icmasının sıx əlaqəsi, problemlərə həssas yanaşma şagirdlərin qarşıdakı buraxılış və qəbul imtahanları gedişində yüksək nəticə əldə edilməsini,onların stresdən qorunmasını və sağlamlığını təmin edə bilər. Həmçinin peşə təmayüllü siniflərin hansı məktəblərdə mövcud olmağı haqqında da valideynlər məlumatlandırıldılar. Görüş zamanı məktəbli formalarına da aydınlıq gətirildi. Məktəbin direktoru Südabə Abdullayeva valideynlərlə görüşdə bir daha bildirdi ki, 10-cuların səmərəli və yüksək təlim nəticələri əldə etmələri istiqamətində görüləcək işlər pedaqoji heyətinin qarşısında duran başlıca vəzifədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi