Metodbirləşmə sədrlərinin iclası

  Məktəbin illik fəaliyyət planına uyğun olaraq 30.08.2022-ci il tarixində metodbirləşmə sədrlərinin iclası keçirildi. İclasın məqsəd və vəzifəsi:

- Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması,

- fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması,

- müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması,

- fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin

yaradılması,

- müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi,

- fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyəti və səviyyəsinin öyrənilməsi , təbliği,

- metodbirləşmə tərkibində KSQ, BSQ, Monitorinq suallarının hazırlanması üzrə məsul şəxslərin seçilməsi,

- qabaqcıl təcrübənin öyrənilməsi,

- təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması.

İclasda iştirak edən metodbirləşmə rəhbərlərinə fənn aylıqları cədvəli təqdim edildi və rəhbərlər tərəfindən verilən təkliflər dinlənildi. Fənn aylıqları cədvəlləri müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi