Sertifikasiyaya hazırlıq

  Müəllimlərimiz birgə əməkdaşlıq çərçivəsində Sertifikasiyaya hazırlaşırlar. Müştərək məqsədə çatmaq üçün əməkdaşlıq edən müəllimlərimizin fəaliyyətini dəstəkləyir, onların bu işin öhdəsindən ustalıqla gələ biləcəklərinə əminik. Müəllimlərimizə uğurlar arzulayırıq.

  Bu gün məktəbimizin təcrübəli Azərbaycan dili və ədəbiyyat müəllimi Tehran Yusifova ibtidai sinif müəllimlərinə morfologiyadan  3 saat dərs keçdi. Rus bölməsinin müəllimləri isə strategiya, Anderson, Qardner nəzəriyyələrinə aid təqdimatı izlədilər.

   Qeyd edək ki, təqdimat məktəbin direktoru Südabə Abdullayeva tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi