“Son zəng” tədbiri

  14 iyun ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd edilir.

2021-2022-ci tədris ilində məktəbimizin IX siniflərini 133 nəfər, XI siniflərini 84 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 62 nəfəri qız, 71 nəfəri oğlan, XI sinfi bitirənlərdən 39 nəfəri qız, 45 nəfəri oğlandır.

  "Son zəng" tədbirinə məzunlar bir-birindən rəngarəng çıxışlar hazırlamışdılar. Tədbirdə təbrik üçün məktəbin fəal valideynlərinə söz verildi. Sonda məktəbin direktoru məzunları təbrik edib, gələcəkdə uğurlar arzuladı. Yüksək nəticə ilə məktəbi bitirən, ictimai işlərdə fəallıq göstərən, olimpiada qalibi olan məzunlar təltif olundu.

Məzunlarımızı təbrik edir və uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi