Yaşıl layihə: “Təbiəti qoruyanlar” - 1 "E" sinfi

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsinə start verilib. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir. Məktəbdə Bakı Şəhəri Təhsil İdarəsinin F-138 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planında fəaliyyətlər üzrə iş bölgüsü aparılmışdır. Bu məqsədlə də sinif rəhbəri Pərvanə müəllimin təşkilatçılığı və 1 "E" sinif şagirdlərinin iştirakı ilə 11 iyun tarixində təbiət qoynuna ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı şagirdlər təbiəti qorumaq, mühafizə etməyin nə qədər vacib məsələ olması haqqında ətraflı məlumat əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi