Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya

  Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 9 iyun 2022- ci il tarixində Nigar Mehdizadənin təşəbbüsü ilə 2 "B" ST sinif şagirdləri üçün Qala qəsəbəsində yerləşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilib. Ekskursiyada bələdçi uşaqlara qədim Qala kəndi haqqında maraqlı məlumatlar verib. Ekskursiya zamanı uşaqlar Qala kəndinin qədim mədrəsəsini gəzdilər, qədim və qiymətli əşyaların sərgisinə, tullantı kimi istifadə etdiyimiz əşyalardan düzəldilən sənət əsərlərinə tamaşa etdilər. Leyla Əliyevanın təşəbbüsü ilə açılan muzeydə dünyanın bir çox sənətkarlarının əsərləridə vardı. Gənc nəslin Azərbaycanın tarixinə, mədəniyyətinə daha yaxından bələd olması, ölkənin turizm məkanları haqqında ətraflı məlumatlar ala bilməsi məqsədilə reallaşdırılan tədbir uşaqların yaddaşında dərin iz buraxıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi