Məktəbimizin uğuru

   Keyfiyyətli tədris, zəhmətkeş müəllim və məsuliyyətli şagird! Bu möhtəşəm üçlüyün əzmkarlığının nəticəsidir ki, məktəbimizin 52 məzunu tələbə adını qazanıb. Fəxrlə qeyd olunmalı məqamlardan biri də 11 "C" sinfinin bütün məzunlarının tələbə adına layiq görülməsidir. Həmiçinin respublikada  1-ci ixtisas qrupu üzrə toplanan ən yüksək - 675 balın sahibi məhz bizim məktəbin  məzunu rus bölməsində təhsil alan  Elvin  Məzahir oğlu Sadıxovun  olması isə xüsusilə qürurvericidir.

  Karantin rejimi çərçivəsində şagirdlərin və müəllimlərin ruhdan düşmədən, həvəslə, inamla çalışmaları təhsilin və tədrisin önünə heç bir maneənin keçə bilməməsinin əyani göstəricisidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi