IX və XI sinif şagirdlərinin valideynləri ilə görüş
IX və XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İclasda şagirdlərin buraxılış imtahanlarına hazırlıq vəziyyətləri müzakirə olundu, təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırıldı. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında, uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması, məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi, şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması və s . məsələlər müzakirə olundu.