4-cü siniflərində Azərbaycan dili fənni üzrə keçirilmiş monitorinqin təhlili üzrə müzakirə iclası keçirildi

30.10.2023-cü il tarixdə məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova 4-cü sinif müəllimləri(sinif rəhbərləri) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 23 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrinin 4-cü siniflərində Azərbaycan dili fənni üzrə keçirilmiş monitorinqin təhlili üzrə müzakirə iclası keçirdi.
.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023-2024-cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir. Bu məqsədlə 23 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrinin 4-cü, 6-cı, 7-ci və 8-ci siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsidir. Monitorinq vasitəsilə şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqları yoxlanılıb.
Müzakirə iclasında sinif rəhbərləri ilə monitorinqdə şagirdlərin zəif cavablandırdığı suallar,həmin sualların əhatə etdiyi mövzular araşdırılıb müqayisə edildi.Nəticələr elan olundu.Hər sinif üzrə mənimsənilməsinə ehtiyac olan mövzular araşdırıldı.Həmin mövzuları daha da təkmilləşdirmək,məqsədəuyğun tapşırıqlar hazırlayaraq şagirdləri fəaliyyətə cəlb etməklə mövzuları möhkəmlətmək sinif rəhbərlərinə tövsiyə olundu.Noyabr ayının sonunda müəllimlərə apardıqları işlərin icrası haqqında hesabat vermələri tapşırıldı.