Yollarda təhlükəsiz davranışı öyrənək!

Yollarda təhlükəsiz davranışı öyrənək!
Yol hərəkəti aylığı ilə əlaqədar 31.10.2023-cü il tarixində Muxtarova Şölə müəllimin rəhbərliyi ilə tədbir təşkil olundu.
3"ə" sinif şagirdlərinin iştirakı ilə davam edən tədbirdə yol hərəkətinə aid şeirlər söylənilib, nəğmələr ifa edilib. Şagirdlər öz çıxışlarını yol hərəkəti qaydalarına aid səhnəciklə tamamlayıblar.Bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etməkdir.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.