“Yazarla görüş” adlı tədbir keçirildi

26 oktyabr tarixində Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ədəbiyyat üzrə Prezident təqaüdçüsü, bir sıra fəxri tərifnamələrə və diplomlara layiq görülmüş, hazırda AzTV-nin Ədəbi-dram üzrə redaktoru Azər Qismətin və müxtəlif kitabların müəllifi, ədəbiyyat.az ədəbi portalının təsisçi-baş redaktoru, “Biz klub” nəşriyyatının yaradıcılarından biri olan Nemət Mətinin ədəbi yaradıcılığından bəhs edən “Yazarla görüş” adlı tədbir keçirildi.
. Yazarlar görüş iştirakçılarının onların yaradıcılığı ilə bağlı suallarını cavablandırdılar.
Tədbirin sonunda çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Novruz Əhmədzadə bu cür görüşlərin gənclərin inkişafında, ədəbiyyata olan marağında və dünyagörüşlərinin əhatəli olmasında mühüm rol oynadığını, yazıçılarla oxucuların ünsiyyətinin vacibliyini vurğuladı.
Yazarlar oxucularına imzalı kitablarını hədiyyə etdilər və xatirə fotosu çəkdirdilər.