"MƏN VƏ MƏNİM ƏHATƏM" ADLI MAARİFLƏNDİRİCİ DƏRS

"MƏN VƏ MƏNİM ƏHATƏM" ADLI MAARİFLƏNDİRİCİ DƏRS

Ümumtəhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən nikah və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait" əsasında 275 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinə 26.10.2023-cü il tarixdə "Mən və mənim əhatəm" adlı ilk maarifləndirici dərs məşğələsi keçirilib. Məşğələni məktəbin psixoloqu Səmra Bağıyeva aparıb. Məşğələnin məzmunu şagirdlərə yoldaşları ilə doğru münasibət qurmaq, dost anlayışını dərk etmək, özünü və əhatəsini tanımaq kimi vacib nüanslarda yol göstərmək, bu istiqamətdə onlara müəyyən məqamları izah etmək və bu məsələləri birgə müzakirə etmək kimi mərhələləri əhatə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi