“Düşünən şagird” müsabiqəsinin məktəb mərhələsi keçirilib

“Düşünən şagird” müsabiqəsinin məktəb mərhələsi keçirilib
Oktyabr ayının 25-də məktəbin kitabxanasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-320F nömrəli əmrini rəhbər tutaraq “Düşünən şagird” müsabiqəsinin məktəb mərhələsi keçirilib. Müsabiqəyə VIII-XI sinif şagirdləri qatılıb. Şagirdlər əvvəlcədən onlara verilmiş kiçik giriş mətnləri ilə tanış olublar. Məktəblilər oxuduqları bədii əsərlərdən ilhamlanaraq onlara təqdim olunmuş giriş mətnlərdən birini seçib və meyarlara əsasən həmin mətnin davamı olaraq öz hekayələrini yaradıblar. Məktəb rəhbərliyi və ədəbiyyat müəllimlərindən ibarət yaradılmış xüsusi komissiya tərəfindən şagirdlərin hekayələri dinlənilib, şəhər mərhələsinə göndəriləcək.
Qeyd edək ki, belə müsabiqələrin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, istedadlı və mütaliə marağı olan şagirdlərin üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarət olub.