Qobustana ekskursiya təşkil olundu

Qobustana ekskursiya təşkil olundu..

22.10.2023-cü il tarixində Fatimə Dadaşovanın rəhbərliyi ilə 7 "ç" sinif şagirdləri "Qobustan Milli Tarix-Bədii Qoruğuna" ekskursiyaya getmişlər.

Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdləri xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanış etmək idi. Belə ki, Qobustan Dövlət tarixi - bədii qoruğu açıq səma altında muzeydir. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır. Burada saxlanılan ov və əmək alətləri, məişət əşyaları və s. daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanmışdır. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1966-cı ildən Qobustan Dövlət tarixi-bədii qoruğu elan edilib, həmin ildən Qobustan qayaüstü rəsmləri Dövlət tərəfindən qorunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi